Hərbçilərimiz beynəlxalq təlimlərdə təcrübələrini artıracaqlar

Hərbçilərimiz beynəlxalq təlimlərdə təcrübələrini artıracaqlar
11:23 17 Yanvar 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir İlkin İzzət/

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcəklər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, yanvarın 19-dan 23-dək Almaniyanın Hohenfels şəhərində "Combined Resolve-4" təliminin əsas planlaşdırma konfransı, yanvarın 19-dan 30-dək Rumıniyanın paytaxtı Buxarest şəhərində “Təhlükəsizlik siyasəti və Avropaya inteqrasiya” üzrə ixtisasartırma kursu, yanvarın 19-dan fevralın 13-dək Böyük Britaniyanın Kollinqvud şəhərində zabitlər üçün “Eksklüziv iqtisadi zonanın mühafizəsi” kursu keçiriləcək.

Hər üç tədbirdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR