Qərbi Afrika ölkəsi olan Nigeriyada “Lassa qızdırması”ndan son bir həftə ərzində 15 nəfər ölüb.
Publika.az xəbər verir ki, yerli mətbuatda Ondo əyalətində 100-ə yaxın insanın müalicəyə cəlb edildiyi yazılıb.
Siçan nəcisi ilə təmas zamanı yoluxan “Lassa qızdırması” insandan insana keçə bilir və ölümcül qanaxmalı qızdırmaya səbəb olur.