İsrail gimnastı Linoy Aşram: Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm

İsrail gimnastı Linoy Aşram: Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm
18:29 22 Yanvar 2020
30 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Nərgiz Sadıxova, Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında bədii gimnastika üzrə İsrail milli komandasının təlim-məşq toplanışı keçirilir. Toplanışda həm böyük, həm də gənc gimnastlar iştirak edir.

Gimnast Linoy Aşram Trend-ə bildirib ki, Bakıya böyük məmnuniyyətlə gəlir:

“Birinci dəfə deyil ki, mən Bakıya gəlirəm. Milli Gimnastika Arenasında özümü evdəki kimi hiss edirəm. Deyə bilərəm ki, burada mənim ikinci ailəm var, çünki burada çox vaxt keçirirəm. Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva bizə çox kömək edir. Buna görə, ona minnətdarıq. Bakıda məşqlər üçün əla şərait yaradılıb, mən burada yarışlara yüksək səviyyədə hazırlaşıram”.

Azərbaycanlı gimnastların çıxışlarından danışan L.Aşram vurğulayıb ki, onlar hər dəfə öz proqramlarını daha da təkmilləşdirir:

“Azərbaycan gimnastlarının maraqlı proqramları var, onların çıxışılarını izləmək xoşdur”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/sports/3180887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR