Gəncədə məktəbli qız itkin düşdü

Gəncədə məktəbli qız itkin düşdü
09:28 23 Yanvar 2020
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə 10-cu sinif şagirdi itkin düşüb.

Hadisə yanvarın 21-də şəhərin Ü.Hacıbəyov küçəsi, bina 119B, mənzil 7 ünvanında qeydə alınıb.

Belə ki, 2004-cü il təvəllüdlü, Gəncə şəhəri 39 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Gülçin Məmmədova əmisigilə getmək adı ilə evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Məktəblinin yaxınları Daxili İşlər Nazirliyinin (DİN) “102” Zəng Mərkəzinə müraciət ediblər.

Faktla bağlı Kəpəz Rayon Polis İdarəsində araşdırma aparılır. (report)


Xəbərin orijinal ünvanı: https://publika.az/news/hadise/302684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR