Bakıda yolayrıcında qəza: taksi motosikletlə belə toqquşdu - VİDEO

Bakıda yolayrıcında qəza: taksi motosikletlə belə toqquşdu - VİDEO
14:12 23 Yanvar 2020
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda baş verən dəhşətli qəza anı kameraya düşüb.

Milli.Az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə Fizuli küçəsi ilə Bülbül prospektinin kəsişməsində, Heydər Əliyev adına Sarayın yanında baş verib. İşıqforun qırmızı işığının son saniyələrində Fizuli küçəsi ilə hərəkətdə olan motosiklet sürücüsü sarı tora daxil olur. Bu zaman Bülbül prospekti ilə hərəkət edən taksi sürücüsü də eyni qayda ilə son saniyələrdə yolayrıcına girir. Nəticədə taksi motosikleti vurur.

Hadisə nəticəsində ilkin olaraq motosiklet sürücüsünün qoruyucu geyimi olduğu üçün ağır xəsarət almadığı görünür. Taksi isə zərbənin gücündən idarəetməni itirərək səkiyə çırpılır. 

Qeyd edək ki, analoji qəzalar paytaxt küçələrində tez-tez baş verir. Bu isə əksər hallarda sürücü məsuliyyətsizliyi ucbatından olur.

Videonu təqdim edirik:

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR