Bu il İçərişəhərdə virtual muzey istifadəyə veriləcək

Bu il İçərişəhərdə virtual muzey istifadəyə veriləcək
14:17 23 Yanvar 2020
58 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu ilin ortasında "Bakı xanları evi"ndə virtual muzey istifadəyə veriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov 2019-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Sədr əlavə edib ki, muzeydə Bakının orta əsrlərinə virtual səyahət etmək mümkün olacaq. Bundan başqa, Qala Qoruğunda açıq səma altında və antik muzeydə ekspozisiya və sərgilər təşkil olunacaq.

Ə.Ələkbərovun sözlərinə görə, İçərişəhərdə Böyük Qala 3 və 5 ünvanlarında iki qəzalı vəziyyətdə olan binanın restavrasiyasının bu ilin sonuna kimi tamamlanması planlaşdırılır. Həmin binalarda yaşayan 17 ailənin sakinlərinin hamısı müvəqqəti yaşayış yerləri ilə təmin olunub.

İdarə Heyətinin sədri əlavə edib ki, 2019-ci ildə 3040 rəsmi qonaq üçün tur təşkil edib: "2018-ci ildə bu rəqəm 2075 nəfər idi. Ötən il muzeylərə gələn şəxslərin sayı 383528 nəfər təşkil edib. Əvvəlki illə müqayisədə bu sahədə 30 faizə yaxın artım nümayiş olunub".

Ə.Ələkbərov qeyd edib ki, "Bakı xanları evi"nin restavrasiyasının bu ilin ortalarında bitməsi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/820121.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR