Səfir: Azərbaycanla İsrail arasında birbaşa aviareyslərin sayı artacaq

Səfir: Azərbaycanla İsrail arasında birbaşa aviareyslərin sayı artacaq
11:15 24 Yanvar 2020
Ölkə mətbuatı
A- A+

Bakı. Ləman Zeynalova - Trend:

Azərbaycanla İsrail arasında birbaşa aviareyslərin sayı artacaq.

Trend-in məlumatına görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında deyib.

O bildirib ki, turizm sahəsində ikitərəfli əməkdaşlıq artan xətt üzrə davam edir:

“2016-cı ildə İsraildən Azərbaycana gələn turistlərin sayı 10 min nəfər təşkil edirdisə, 2019-cu ildə bu rəqəm 60 min nəfərə çatıb. Ölkələr arasında birbaşa aviareyslərin həftədə beş dəfə həyata keçirilməsi barədə saziş var. Biz bunu yeddi dəfəyədək artırmaq niyyətindəyik”.

Əməkdaşlığın digər sahələri barədə danışan səfir ki, İsrail neftin böyük hissəsini Azərbaycandan idxal edir:

“Ölkələr arasında təhlükəsizlik və terrorçuluqla mübarizə sahəsində münasibətlər inkişaf edir”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3181784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR