Azərbaycan fiqurlu konkisürənləri Avropa çempionatında isti su problemi ilə üzləşiblər

Azərbaycan fiqurlu konkisürənləri Avropa çempionatında isti su problemi ilə üzləşiblər
13:22 24 Yanvar 2020
35 Digər
Ölkə mətbuatı
A- A+

Avstriyanın Qrats şəhərindəki Avropa çempionatına qatılan Azərbaycanın fiqurlu konkisürmə üzrə milli komandası problemlə üzləşib.
Federasiyanın baş katibi Fuad Quliyevin "Report"a verdiyi məlumata görə, idmançıların qaldıqları oteldə isti su olmayıb. Bu isə soyuq havaların hökm sürdüyü bir vaxtda narazılıqla qarşılanıb. F.Quliyev artıq məsələnin həllini tapdığını və isti suyun gəlməyə başladığını əlavə edib.
Artıq təşkilatçılar yarış üçün ayrılan otellərdə qalan federasiya rəsmiləri və idmançılardan üzr istəyiblər.
Qeyd edək ki, Avropa çempionatında Azərbaycanı Vladimir Litvintsev və Yekaterina Ryabova təmsil edir. Litvintsev fərdi proqramda 9-cu yeri tutub. Ryabova isə mübarizəyə bu gün qoşulacaq. 

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-fiqurlu-konkisurenleri-avropa-cempionatinda-isti-su-problemi-ile-uzlesibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR