Bakıdakı avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxıldı

Bakıdakı avtobus qəzasında xəsarət alan 7 nəfər evə buraxıldı
10:08 25 Yanvar 2020
58 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

Birlikdən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:

"Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində 107 saylı marşrut avtobusu qəzya uğrayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/gundem/3182236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR