Azərbaycan Türkiyə ilə danışıqlara başladı: zəlzələ ilə bağlı...

Azərbaycan Türkiyə ilə danışıqlara başladı: zəlzələ ilə bağlı...
13:33 25 Yanvar 2020
67 Digər
Ölkə mətbuatı
A- A+

Türkiyədə baş verən zəlzələ ilə əlaqədar yardım göstərilməsi və texniki problemləri həll etmək üçün Azərbaycan rəsmiləri Türkiyədən olan həmkarları ilə danışıqlar aparırlar.

Publika.az-a bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

Məsləhətləşmələr müxtəlif səviyyələrdə, həm Türkiyənin Azərbaycandakı səfirliyi vasitəsilə, həm də birbaşa aparılır.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/302919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR