Lənkəranda gənclərin sahibkarlıq bacarıqlarının artırılmasına həsr olunmuş tədbir keçirildi

Azərbaycan Gənclər Fondunun dəstəyi ilə Lənkəranda yaşayan gənclər üçün sahibkarlıq bacarıqlarının artırılması istiqamətində təlim keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə yardımı ilə 13-cü qrant müsabiqəsi üzrə “Region gənclərinin sahibkarlıq bacarıqlarının artırılması” layihəsi çərçivəsində Lənkəran rayonunda yaşayan gənclər üçün Gənclərin İnkişaf və Karyera Mərkəzində 2 günlük təlim proqramı həyata keçirilib.

Təlimdə xüsusi müraciət forması əsasına seçilmiş 21 nəfər gənc iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Şəbnəm İbadzadə Azərbaycan Gənclər Fondu və Fondun fəaliyyət istiqamətləri haqqında qeydlər etdikdən sonra layihənin məqsədləri barədə iştirakçıları məlumatlandırıb.

Tədbirdə iştirak edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin direktoru Famil Məmmədov ölkədə həyata keçirilən dövlət gənclər siyasəti haqqında fikirlərini iştirakçılarla bölüşüb.

O, həmçinin gənclərin bütün sahələrdə, o cümlədə sahibkarlıq sahəsində fəal iştirakını qeyd edərək müasir dövrün tələblərinə uyğun daha kreativ ideaların həyata keçirilməsində gənclərin iştirakının vacib olduğunu önə çəkib.

Biznes və karyera planlaşdırılması üzrə təlimçi Rafət Şirəliyev təlimin 1-ci və 2-ci günü Sahibkarlıq fəaliyyəti, Biznes nümunələri, İnvestisiyaların cəlbi, maliyyə sektorları ilə əməkdaşlıq, rəqabət yaradacaq üstünlüklər, biznes etikası, risklərin idarə edilməsi, biznes plan strukturu və hazırlanması üsulu, SWOT təhlil, rəqiblərin təhlili, marketinq plan, 4 C üsulu, 4 P prinsipi və s. mövzularda təlim iştirakçılarını məlumatlandırıb, iştirakçılara uğurlu biznes nümunələr göstərib və qrup işləri təşkil edilib.

Tədbirin sonunda təlimin qiymətləndirilməsi aparılıb, iştirakçılardan Aygün Kazımova, Pərvanə Əsədova, Cavid Ağacanov, Fərid İskəndərzadə və digər gənclər təlimi yüksək qiymətləndirib, layihənin həyata keçirilməsinin gənclər üçün çox vacib olduğunu dilə gətiriblər.

Belə bir layihənin icrası üçün Azərbaycan Gənclər Fonduna, layihə rəhbəri və təlimçiyə təşəkkürlərini bildiriblər.

Yekunda iştirakçılara sertifikatlar təqdim edilib və üzərində AzGF loqosu və layihənin adı yazılmış USB yaddaş kartları hədiyyə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR