Çovğun və güclü külək yaxınlaşır - Paytaxtda fövqəladə vəziyyət ELAN OLUNDU

Çovğun və güclü külək yaxınlaşır - Paytaxtda fövqəladə vəziyyət ELAN OLUNDU
12:48 27 Yanvar 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Qazaxıstanın paytaxtı Nur-Sultanda fövqəladə vəziyyət rejimi elan olunub.

Publika.az RİA “Novosti”yə istinadən xəbər verir ki, hökumət əlverişsiz hava şəraiti ilə əlaqədar bu addımı atıb.

Qazaxıstanın daxili işlər nazirinin müavini Yuri İlyin məlumatına görə, paytaxta çovğun və güclü külək yaxınlaşır. Buna görə də məktəb və kolleclərdə dərslər ləğv olunub. Şəhərin təhsil şöbəsi uşaqları məktəbəqədər tədris müəssisələrinə aparmamağı və evdə saxlamağı tövsiyə edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/mdb/303064.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR