UADB rəhbəri: “Bəzi qüvvələr Azərbaycan-Ukrayna əlaqələrinin inkişafından narahatdır”

UADB rəhbəri: “Bəzi qüvvələr Azərbaycan-Ukrayna əlaqələrinin inkişafından narahatdır”
12:57 27 Yanvar 2020
40 Digər
Ölkə mətbuatı
A- A+

"Bir sıra KİV-də guya Azərbaycanın Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramının himayəsi altında keçirilən rəsmi tədbirə Ukrayna nümayəndəsinin erməni əsilli olması ilə əlaqədar qatılmasına icazə vermədiyən dair yayılan xəbərlər Azərbaycan-Ukrayna əlaqələrinin inkişafından narahat olan bəzi qüvvələrin növbəti təxribatıdır".
“Report” xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun (UADB) rəhbəri Hikmət Cavadov “Facebook” səhifəsində yazıb.
O, KİV-də yazılanlara əsasən, söhbətin Ukrayna Daxili İşlər Nazirliyinin Beynəlxalq Əməkdaşlıq və Avropaya İnteqrasiya Departamentinin direktoru Meri Akopyandan getdiyini vurğulayıb.
“Əlimizdə olan məlumata görə, həqiqətən də yanvarın 13-16-da Bakıda Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” ölkələri üçün təşkil edilmiş “Münaqişələrin təhlili” mövzusunda seminar keçirilib. Tədbirin iştirakçıları da təşkilatçıların gördüyü işlərdən xeyli razı qalıblar. Xanım Akopyana gəlincə, bu tədbirə dəvət olunanların sırasında onun da adı olub. Azərbaycan tərəfi onun da təhlükəsizliyinə müvafiq zəmanət vermişdi. Lakin ev sahibi tərəfi üçün müəmmalı qalan səbəblər üzündən xanım M.Akopyan son anda özü Azərbaycana getmək fikrindən daşınıb”, - H.Cavadov vurğulayıb.
O bildirib ki, bundan sonra Ukrayna KİV-ə məsələnin mahiyyətini təhrif edərək müxtəlif qərəzli dedi-qodulara geniş zəmin yaradan məlumat sızdırılıb.
“Bu, bizləri, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələrini narahat edir. Çünki bütün bu informasiya oyunlarının arxasında Azərbaycanla Ukrayna arasındakı münasibətlərin göz görəsi inkişafından təşvişə düşən dairələrin durduğu şəksizdir”, - UADB yazıb.
Onun sözlərinə görə, Azərbaycanla Ukrayna bundan sonra da münasibətlərini inkişaf etdirəcək, beynəlxalq təşkilatlarda bir-birinə dəstək verəcək.

Xəbərin orijinal ünvanı: https://report.az/diaspor/uadb-rehberi-bezi-quvveler-narahatdir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR