ABŞ Rusiyaya qarşı dəhşətli nüvə silahı hazırladı - Müharibə olsa...

ABŞ Rusiyaya qarşı dəhşətli nüvə silahı hazırladı - Müharibə olsa...
12:23 31 Yanvar 2020
137 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ sualtı gəmiləri üçün təkmilləşdirdiyi “Trident” raketlərinə yeni aşağı potensiallı nüvə başlıqları quraşdırıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Alimlər Federasiyası (FAS) mütəxəssisləri informasiya yayıb.

Məlumata görə, raketlərlə təchiz edilən “USS Tennessee” sualtı gəmisi Corciya ştatındakı hərbi-dəniz bazasından çıxaraq Atlantik okeanında patrul xidmətinə başlayıb.

Qeyd edək ki, Donald Tramp Administrasiyası 2018-ci ilin əvvəlində yeni başlıq istehsal etdiklərini açıqlamışdı. ABŞ bu başlıqlarla Avropanın şərqində qarşıdurma yaranması təqdirində Rusiyanı taktiki nüvə başlıqları istifadə etməkdən yayındırmağı planlaşdırır.

FAS-ın analizinə görə, “USS Tennessee” sualtı gəmisindəki 20 raketdən bir-ikisi hər biri 5 ton gücündə olan yeni “W76-2” başlığı daşıyır. Hər bir raket bir neçə başlıq daşıya bilər.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/303489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR