Arktikada turist reysləri açılır

Arktikada turist reysləri açılır
21:27 31 Yanvar 2020
41 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya 2021-ci ildən Arktikada kruiz səfərləri təşkil edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Rusiyanın "Vodoxod" kruiz şirkətinin nümayəndəsi İqor Yasinski bildirib.

Qeyd olunur ki, gələn ildən Şimal Buzlu okeanında Şimal dəniz yolu ilə və Frans İosif Torpağı adası ətrafında reyslər təşkil olunacaq.

Reyslər yay aylarında 7 gündən 17 günədək davam edəcək. Hazırda 150 nəfərlik sərnişin tutumu olan iki gəminin tikintisi davam edir.

Növbəti illərdə kruiz səfərlərinin Antarktidada da təşkil olunacağı bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR