Zəlzələ sakinləri küçədə gecələməyə vadar etdi - FOTO

Zəlzələ sakinləri küçədə gecələməyə vadar etdi - FOTO
10:52 1 Fevral 2020
166 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda gecə saatlarında iki zəlzələ baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yerli vaxtla 02:32-də baş verən zəlzələ 4,5 bal gücündə olub.

Zəlzələnin episentrinin 6.97 kilometr dərinlikdə olduğu bildirilib.

Saat 03:03-də eyni ərazidə yenidən zəlzələ baş verib. Bu zaman 4,2 bal gücündə olan zəlzələnin episentri 7,03 kilometr dərinlikdə olub.

Bundan əvvəl Türkiyədə baş verən zəlzələnin qorxusunu hələ də yaşayan sakinlər gecəni küçədə keçiriblər.

Zəlzələ nəticəsində xəsarət alanların olmadığı bildirilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/822366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR