"Report" xəbər verir ki, bu barədə məlumatı Şri-Lankanın mədəniyyət naziri Nandimithra Ekanayake Gənc Tamaşaçılar Teatrının direktoru, əməkdar artist Mübariz Həmidovla görüşündə deyib.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti 2013-cü ildə Şri – Lankada keçirilən Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib. ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr P.Züskindin “Kontrabas” tamaşasını nümayiş etdirib.
Şri-Lankalı nazir Gənc Tamaşaçılar Teatrını yenidən Kolombo Festivalına dəvət edib.
Nandimithra Ekanayake teatrda Nizami Gəncəvinin "Xeyir və Şər" tamaşasına baxıb.



