"Arvad yaylığı bağlayıb, ona-buna şillə vururlar. Özünüzə hörmət edin"

"Arvad yaylığı bağlayıb, ona-buna şillə vururlar. Özünüzə hörmət edin"
15:27 3 Fevral 2020
120 Şou
Ölkə mətbuatı
A- A+

Aktyor Fərda Xudarverdiyev sosial şəbəkədə ona tənqid və təhqir yazan şəxslərdən şikayətlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bu barədə "ATV maqazin onlarla" verilişində danışıb:

"Onlarda qan yerinə maşın yağı axır. Gecə-gündüz fikirləşirlər ki, kimisə söyüm. Biri yazıb ki, Fərdanı öldürərəm. İlahi, adam bu qədərmi çirkin olar? Dedim onda belə çıxır ki, sən Elməddini çiy-çiy yeyərsən. Məni öldürən adam ona nələr etməz? Qızdırıb şişlə dağ basar".

F.Xudaverdiyev "stand up"ı "özünəhörmət janrı" adlandırıb:

"Mənim rəqibim yoxdur. Rus və türk "stand up"larına baxıram. Bu, gözəl formatdır. Ən azından gəncləri bura cəlb etmək var. Otursun evində söhbət etsin, arvad yaylığı bağlayıb, ona-buna şillə vurmasın. 15-16 yaşlı uşaq dodaq boyası çəkir, üzünə xal qoyur. Bunu qurtarın da. Özünüzə hörmət edin".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/822833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR