Zəfəran antidepressantların təsirini artırır - ALİMLƏR

Zəfəran antidepressantların təsirini artırır - ALİMLƏR
20:52 9 Fevral 2020
74 Ölkə
Ölkə mətbuatı
A- A+

Avstraliya alimləri zəfəranın antidepressant qəbul edənlərə yaxşı təsir etdiyini və dərmanların effektini artırdığını aşkar ediblər.

Milli.Az medicina.az-a istinadən bildirir ki, xroniki depressiyadan əziyyət çəkənlər üzərində aparılan son elmi tədqiqatda 18-65 yaş arası 135 pasiyentə antidepressantla yanaşı zəfəran kapsulları da verilib. Terapiya 8 həftə davam edib. Effekt depressiya şkalası üzrə ölçülüb.

Kursun sonunda zəfəran qəbul edənlərdə depressiv simptomlar 41% azalıb.

Antidepressantla yanaşı zəfəran kapsulu qəbul edən xəstələrdə yuxunun normallaşması, motivasiyanın yüksəlməsi, hər hansı işlə məşğulluğa marağın artması müşahidə olunub.

Ona görə də alimlər antidepressant təyin olunmuş xəstələrə zəfəran ekstraktlı BAD əlavə olunmasının tərəfdarıdır.

Bu antidepressantın dozasının artırılması və ya daha ağır dərman təyin olunmasından daha yaxşıdır. 

Alimlər xəbərdarlıq edir ki, zəfəranlı yeməklər bu terapiyanı əvəz edə bilməz, mütləq əsl zəfəranın ekstaktı olmalıdır. Bu isə BAD şəklində satılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/health/800080.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR