I Avropa oyunları ilə əlaqədar yarış və təşkilati məkanlara 180 km-dən çox optik kabel çəkilib

13:42 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:40 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. I Avropa oyunları ilə əlaqədar yarış və təşkilati məkanlara 180 km-dən çox optik kabel çəkilib.

 

APA-Economics”in məlumatına görə, bu barədə 2014-cü ilin yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) keçirilən konfransda nazir Əli Abbasov məlumat verib.

 

Onun sözlərinə görə, hazırda əlavə 76 km optik kabelin çəkilişi davam etdirilir. Nazir əlavə edib ki, oyunlarda istifadə ediləcək radio tezliklərin operativ ayrılması məqsədilə müvafiq sayt yaradılıb. Bundan başqa, oyunlarla əlaqədar ölkəyə gətiriləcək radioelektron avadanlıqların testi üçün müvafiq cihazlar alınıb.

 

Ə.Abbasov  qeyd edib ki, oyunlara hazırlıq üzrə rabitə layihələrinin vaxtında icrasına nəzarət etmək məqsədilə Əməliyyat Komitəsi və RYTN-in nümayəndələrinin iştirakı ilə mütəmadi görüşlər və müzakirələr keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR