Nazir: “2015-ci il Azərbaycanda əsas məqsəd İKT və yüksək texnologiyalar sahəsində istehsalın genişləndirilməsi olacaq”

13:52 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 17 Yanvar 2015 13:50 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Biz indiyə qədər Azərbaycanda infrastruktur layihələrini həyata keçirirdik. 2015-ci il və növbəti illərdə əsas məqsəd  İKT və yüksək texnologiyalar sahəsində istehsalın genişləndirilməsidir”.

 

APA-Economics”in məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bildirib.

 

“Məqsəd istehsal olunan məhsul və xidmətlərin əsasən ixracyönümlü olmasını təmin etməkdir. Biz artıq bu istiqamətdə son iki ildə hüququ bazanı, işgüzarlıq mühitini və maliyyə resurslarının əldə olunması üçün şərtləri müəyyən etmişik”.

 

Nazir bildirib ki, artıq nazirlik yarım ildir ki, böyük şirkətlər ilə danışıqlar aparır: “2015-ci ildə ixracyönümlü məhsul və istehsalının genişləndirilməsi yadda qalan hadisələrdən olacaq”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369458

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR