Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçildi

Azərbaycan UNESCO-nun Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini seçildi
15:28 15 Fevral 2020
71 Digər
Ölkə mətbuatı
A- A+

Parisdə UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosuna üzvlər seçilib.

Publika.az xəbər verir ki, Azərbaycan Hökumətlərarası Komitənin Bürosunun sədr müavini vəzifəsinə seçilib.

Beləliklə, ölkəmiz UNESCO-nun baş qərargahında qurumun mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 2005-ci il Konvensiyasının Hökumətlərarası Komitəsinin 14-cü sessiyasının Bürosunun sədr müavini vəzifəsini bir il müddətində icra edəcəkdir.

Məlumat verdiyimiz kimi, Sessiyada Azərbaycanı Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və UNESKO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov təmsil edib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/305076.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR