Kəndlərə hücum edildi: 30 nəfəri öldürdülər

Kəndlərə hücum edildi: 30 nəfəri öldürdülər
11:27 16 Fevral 2020
270 Dünya
Ölkə mətbuatı
A- A+

Nigeriyanın şimalındakı Katsina əyalətindəki kəndlərə quldurların hücumu nəticəsində ən az 30 nəfər həlak olub.

Milli.Az bildirir ki, APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə yerli "Punch" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, quldurlar cümə axşamı Katsina əyalətindəki iki kəndə hücum ediblər. Hücum nəticəsində ölənlrin əksəriyyəti yaşlı insanlar və uşaqlardır.

Hazırda kəndlər dövlət təhlükəsizlik qüvvələri və polis əməkdaşları tərəfindən mühafizə olunur.

Xatırladaq ki, Nigeriyada radikal islamçı Boko Haram terror qrupu fəaliyyət göstərir. Onlar Qərbin təhsil modelinə qarşı çıxaraq ölkənin şəriət qanunları ilə idarə edilməsini tələb edirlər. 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/826346.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR