Nə edək ki, insanlar bizi sevsin?

Nə edək ki, insanlar bizi sevsin?
23:52 16 Fevral 2020
107 Maraqlı
Ölkə mətbuatı
A- A+

İnsan ictimai varlıq olduğu üçün çalışır ki, həmişə başqaları tərəfindən sevilsin. Quran və hədislərimiz bizə bu yolda bəzi göstərişlər vermişdir.

Qurani-Kərim bu yollardan biri barəsində buyurur: "İman və saleh əməl başqalarının sevgisini sizə tərəf cəzb edər. Çünki insanlar fitri olaraq yaxşılıqlara tərəf meyil edər, hətta sizi tanımasalar belə və siz onlara məhəbbət göstərməsəniz belə. Allah sizin məhəbbətinizi onların qəlbində qərar verər və onların məhbubu edər, qəlblərin məhbubu olar".

"Rəhman olan Allah iman gətirib yaxşı işlər görən kəslər üçün tezliklə (dünya və axirətdə mələklərin və möminlərin qəlblərində) dostluq və məhəbbət yaradacaqdır". ("Məryəm (s.ə)" 96).

Bəli, sevmək - qırılmış qəlblərin dərmanıdır. Sevgi ilə deyilən bir söz, qışın soyuqluğunu yayın istiliyinə dəyişər. Məyusluğu ümidə və qəmi şadlığa, bədbəxtliyi xoşbəxtliyə çevirər.

"Yaxşı iş (gözəl əqidə, əməl və söz) ilə pis iş əsla bir deyil. (Buna görə də sənə yetişən pislikləri) ən gözəl üsulla dəf et. Onda səninlə arasında düşmənçilik olan şəxs birdən (elə dəyişər ki,) sanki yaxın dost və qohumdur". ("Fussilət" 34).

Qurani-Kərim buyurur ki, düşmənlərinlə elə rəftar et ki, onları səmimi dostlarına çevirə biləsən.

Bəli, insan əgər başqaları tərəfindən sevilmək istəyirsə, gərək saleh əməl yerinə yetirməyə, imana malik olmağa və məhəbbət göstərməyə qadir olsun. İnsan gərək mehriban, xoşrəftar, mülayim durumlu.

Bu zaman insanlar onu tanısa da, tanımasa da sevəcəklər. Çünki bu sevgini Allah onların qəlbində qərar verər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/825250.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR