Azərbaycanda kompüter istehsalı iki dəfə artıb

Azərbaycanda kompüter istehsalı iki dəfə artıb
13:27 18 Fevral 2020
76 Ölkə
Ölkə mətbuatı
A- A+

2020-ci ilin yanvar ayında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 10,1 milyon manatlıq məhsul istehsal olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 2,2 dəfə artıb.

Ay ərzində əvvəlki ilin yanvar ayı ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 3,2 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqilləri isə 2,0 dəfə artıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/826814.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR