“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır

“Google” pulsuz internetlə bağlı layihəsinin icrasını dayandırır
18:42 18 Fevral 2020
63 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın “Google” şirkəti bu il “Google Station” layihəsinin icrasını dayandıracaq. 
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir. 
Xatırladaq ki, sözügedən layihə inkişaf etməkdə olan ölkələrin pulsuz internetlə təmin olunmasını nəzərdə tuturdu. 
"Google" bəyan edib ki, layihənin reallaşdırılmasına başlanıldığı 2015-ci ildə inkişaf etməkdə olan ölkələrdə internet xidmətləri bahalı və keyfiyyətsiz olub, bu gün isə vəziyyət xeyli dəyişib, yerli provayderlər bu məsələni yoluna qoyur, mobil internetə çıxmaq asanlaşıb, bütün dünyada rabitənin keyfiyyəti yaxşılaşır. Odur ki, “Google Station” şəbəkəsini daha da genişləndirmək çətindir.
Ötən illər ərzində Meksika, Braziliya, Nigeriya, Tailand, Filipinlər, Hindistan, Vyetmnam, İndoneziya, cəmi 3 ay bundan əvvəl isə Cənubi Afrikada qurulan şəbəkə bütün dünya üzrə 5 mindən artıq hotspotdan ibarətdir. Bunlar il ərzində ləğv olunacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/i-kt/google-pulsuz-internetle-bagli-layihesinin-icrasini-dayandirir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR