Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb

Dəniz quldurları 4 gürcü dənizçini qaçırıb
23:17 20 Fevral 2020
265 Dünya
Ölkə mətbuatı
A- A+

Dəniz quldurları Nigeriyanın Laqos şəhəri yaxınlığında Liberiya bayrağı altında üzən tankerə hücum edərək 10 dənizçini qaçırıblar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qaçırılan dənizçilərdən dördünün Gürcüstan vətəndaşı olduğu bildirilir.

Gürcüstan İqtisadiyyat Nazirliyinin Dəniz Nəqliyyat Agentliyindən verilən məlumata görə, agentlik gəmi sahibi ilə əlaqə saxlayır və vətəndaşların kimliyi dəqiq müəyyənləşdirildikdən sonra qaçırılanların ailələrinə ətraflı məlumat veriləcək.

Gürcüstan Xarici İşlər naziri David Zalkalianinin sözlərinə görə, vətəndaşların sərbəst buraxılması istiqamətində fəal işə başlanılıb və tərəfdaş ölkələrlə əlaqə saxlanılır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/827575.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR