Kutsinin həyat yoldaşı ilə sevgilisi dalaşdı

Kutsinin həyat yoldaşı ilə sevgilisi dalaşdı
14:51 17 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni və aktyor Kutsinin həyat yoldaşı Sinem Bayraktutarla sevgilisi Feyza Çıpa sosial şəbəkədə dalaşıblar.

Axşam.az “Posta”ya istinadən xəbər verir ki, F.Çıpanın İnstaqramda yazdığı “Təlxəklərin əsl üzünü görmək üçün sirkin bitməsini gözləmək lazımdır. Mən də o cür edirəm. Gözləyirəm...” sözləri S.Bayraktutarı əsəbləşdirib.

İfaçının həyat yoldaşının aktrisaya cavabı belə olub:

“Səndən yaxşı təlxək var? Sirkin qurtarmağını gözləməyinə ehtiyac yoxdur. Güzgüyə baxmağın kifayət edər. İnsanlıq bir nemətdir, hər kəsə qismət olmur”.

Qeyd edək ki, Kutsi Feyza Çıpa ilə münasibətləri üzündən ailəsini tərk etmiş, lakin daha sonra hamilə olan xanımı Sinem Bayraktutarın yanına qayıtmışdı. Kutsi ilə Sinemin bir qızı da var.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR