"Şamaxinka" bağlandı

"Şamaxinka" bağlandı
14:51 17 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının şimal girişi, daha dəqiq desək, “Şamaxinka” adlanan istiqamətində şəhərə giriş bağlanıb.

ANS PRESS-in məlumatına görə, “20 Yanvar” dairəsi istiqamətində yolllarda təmir işlərinin aparıldığını bildirən xəbərdarlıq nişanları qoyulub.

“Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev aparılan təmir işlərinin təmsil etdiyi quruma aidiyyatı olmadığını və bu işlərin Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirildiyini bildirdi.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova ANS PRESS-ə açıqlamasında, "20 Yanvar" dairəsindəki körpünün təmirə bağlandığını deyib. O, təmir işlərinin heç bir tədbirlə əlaqəli olmadığını, vaxtaşırı aparılan iş olduğunu qeyd edib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=31&nid=320277

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR