Latviyanın baş naziri Laymdota Strayuma sammitin yekunları ilə bağlı mətbuat konfransında bildirib ki, Riqa sammiti "Şərq Tərəfdaşlığı" proqramının inkişafına yeni təkan verəcək.
Onun sözlərinə görə, yekun bəyannamədə Aİ-nin "Şərq Tərəfdaşlığı" proqramının bütün ölkələrinin ərazi bütövlüyü və suverenliyinə dəstək əks olunub.
"Şərq Tərəfdaşlığı"nın növbəti sammiti 2017-ci ildə keçiriləcək.