Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb

Türk Şurası Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb
17:22 25 Fevral 2020
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) Xocalı soyqırımının qurbanlarının xatirəsini dərin hörmətlə anır, Azərbaycan hökumətinə və xalqına başsağlığı verir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu qurumun baş katibi Baqdad Amreyev deyib.

O əlavə edib ki, Türk Şurası Azərbaycan hökumətini "Xocalıya ədalət" ümumdünya məlumatlandırma kampaniyasında dəstəkləyir.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı erməni dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın qədim Xocalı şəhərinin üzərinə hücum edib və onun dinc əhalisinə amansızcasına divan tutublar.

Hücum zamanı şəhərdə olan 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/828837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR