“Şamaxinka”dan Bakıya giriş bağlandı - Sürücülərin nəzərinə

“Şamaxinka”dan Bakıya giriş bağlandı - Sürücülərin nəzərinə
15:24 17 Yanvar 2015
303 Sosial
Ölkə mətbuatı
A- A+

 

Bakının şimal tərəfdən girişində, “20 Yanvar” dairəsi istiqamətindəki yollarda təmir işləri başlayıb. Bu səbəbdən hazırda “Şamaxinka” istiqamətində şəhərə giriş  bağlanıb. 

 Lent.az-ın "Modern.az"a istinadən xəbərinə görə, ">“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, bu yollarda təmiri təmsil etdiyi qurum aparmır. Onun sözlərinə görə, “Azəryolservis” hər hansı yolu bağlayanda əvvəlcədən xəbərdarlıq nişanları təşkil edir. 

Pünhan Mürsəliyev paytaxta şimal istiqamətindən girişdə təmir işlərini Bakı Şəhər İcra Hakimiyyətinin həyata keçirdiyini deyib. 

 ">">

">

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova isə bu gün iş günü olmadığı üçün hadisədən xəbərsiz olduğunu və bu baradə məlumat verə bilməyəcəyini deyib. 

 ">

">

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR