İran parlamenti koronavirusa görə fəaliyyətini dayandırdı

İran parlamenti koronavirusa görə fəaliyyətini dayandırdı
19:18 28 Fevral 2020
78 Digər
Ölkə mətbuatı
A- A+

İranda daha 2 millət vəkili koronavirusa yoluxduğuna görə parlamentin fəaliyyəti müvəqqəti dayandırıb.

Publika.az xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, ümumilikdə 4 deputat koronavirusa yoluxub. Açıqlamaya görə, müvafiq dairələr virusun yayılmasının qarşısının alınması üçün tədbirləri davam etdirir.

Qeyd edək ki, İranda koronavirusdan 34 nəfər həyatını itirib. 388 nəfər virusa yoluxub.

Anar Türkeş


Xəbərin orijinal ünvanı: https://publika.az/news/region/306396.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR