Helikopter qəzaya uğradı - Ölən var /

Rusiyanın Astraxan vilayətində helikopter qəzaya uğrayıb.

Metbuat.az İnterfaks agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı azı 1 nəfər həyatını itirib. Yaralıların olduğu deyilir.

Hadisə zamanı göyərtədə neçə nəfərin olduğu məlum deyil. Rusiya mənbələrinin məlumatına görə, “Lukoil” şirkətinə məxsus helikopter havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Əraziyə çox sayda xialsedici cəlb edilib.

Hadisənin səbəbləri araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR