Azərbaycanlı məşhur şəxs avtomobili ilə QƏZAYA DÜŞDÜ: Nişan günümə daş... - FOTO

Azərbaycanlı məşhur şəxs avtomobili ilə QƏZAYA DÜŞDÜ: Nişan günümə daş... - FOTO
12:52 29 Fevral 2020
265 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Mənzurə Musayeva bu gün şəxsi avtomobili ilə qəzaya düşüb.

Milli.Az xəbər verir ki, bunu müğənni "Gündən-günə"də deyib.

Mənzurə 4 ildən bir təqvimə düşən 29 fevralın onun üçün ən uğursuz günlərdən biri olduğunu bildirib. Müğənni nişan mərasiminin də məhz bu tarixdə baş tutduğunu və ailə həyatının çox qısa çəkdiyini qeyd edib:

"29 fevral mənə düşməyib. Nişan günüm fevralın 29-u olub. Bu gün də maşını əzmişəm. Telefonum da bu gün düşdü əzildi. Gətirib göstərə də bilərəm, pis gündədir. Mən hər dəfə 29-u gələndə qorxuram ki, "Görəsən bu dəfə başıma nə iş gələcək?!" Olur da! Daş düşəydi 29-u (fevral) mənim nişan günümə". 

Məhəmməd Vaqif
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/830037.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR