ANS-də yayımlanan "Maşın" şounun növbəti buraxılışı qalmaqalla yadda qalıb.

Axşam.az-ın məlumatına görə, aktrisa Mehriban Xanlarova yarışmada qalmaq üçün dağlılardan səs istəyib.

Meyxanaçı Rəşad Dağlı onun fikirlərinə belə reaksiya verib:

"Mən istəmirəm, Azərbaycanı bölgələrə bölüm. O, öz təmsil etdiyi bölgənin adın hallandırır. Camaat da elə biləcək ki, bütün dağlı qadınları Mehriban xanım kimidir. Yox, dağlı qadınlarını tanımaq üçün nümunə Cəfər Cabbarlını, Mikayıl Müşfiqi dünyaya gətirən analardır, Mehriban xanım deyil. Mehriban xanım, burdan gedən Kərim də dağlıydı".

Mehriban Xanlarova isə cavabında "Sənin acığıva bir daha bütün dağlılardan, qadınlardan, kişilərdən, körpəsindən də səs istəyirəm. Kərim getdi yaxşı oldu, sən də get" deyib