Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına uyğun olaraq, döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.

Bu barədə Metbuat.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Döyüşə hazır vəziyyətə gətirilən təyyarə və helikopterlər ehtiyat aerodromlara çıxarılıb və hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.