Cənubi Koreya maska istehsalını artırmaq üçün vəsait ayıracaq

Cənubi Koreya maska istehsalını artırmaq üçün vəsait ayıracaq
12:07 6 Mart 2020
90 Digər
Ölkə mətbuatı
A- A+

Koreya Respublikasının hökuməti qoruyucu maskalar üçün əsas material olan toxunmamış filtredici parçaların yerli istehsalçılarına maliyyə dəstəyi verəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Ticarət, Sənaye və Energetika naziri Son Yun Mo bildirib.
O deyib ki, koreyalıların zəruri sayda qoruyucu maskalara sərbəst çıxışı olmalıdır və hökumət buna nail olmaq üçün əlindən gələni edəcək.
Ölkədə yeni növ koronavirusun yayılması maskaların çatışmazlığına səbəb olub və nəticədə demək olar, bölüşdürmə sistemi tətbiq edilməyə başlayıb. Belə ki, bu həftənin əvvəlində elan edilən tədbirlərə əsasən, vətəndaşlar yalnız müəyyən günlərdə həftədə iki maska ala bilərlər.
Martın 6-dan başlayaraq hökumət həm hazır maskalar, həm də onların istehsalı üçün lazım olan materialların ixracını qadağan edib. İstehsalçılardan gündəlik istehsal həcmi və mövcud ehtiyatlar barədə hesabat vermələri tələb olunur. Hökumət artıq ölkədə istehsal güclərinin artırılması üçün 2,3 milyon ABŞ dolları ayrıldığını açıqladıyıb. Məqsəd aprel ayının sonunadək gündəlik toxunmamış filtredici parça istehsalını hazırkı 12,9 tondan 27 tona qədər artırmaqdır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreya-maska-istehsalini-artirmaq-ucun-vesait-ayiracaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR