Xaçmazda 13 yaşlı futbolçu qızlardan ibarət komandaların yarışı başlayıb

Xaçmazda 13 yaşlı futbolçu qızlardan ibarət komandaların yarışı başlayıb
16:28 17 Yanvar 2015
124 Ölkə
Ölkə mətbuatı
A- A+


Xaçmaz, 17 yanvar, Elxan Yusifli, AzərTAc 
Yanvarın 17-də Xaçmazda AFFA-nın təşkilatçılığı ilə 13 yaşlı qızlar arasında futbol turniri başlayıb.
AzərTAc xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda U-13 qızlar liqasında şimal regionunu təmsil edən 12 komanda 3 qrupa bölünərək medallar uğrunda mübarizə aparır.
Yarış regionda qız futbolunun inkişaf etdirilməsi və təbliği məqsədilə keçirilir. Turniri qızlardan ibarət milli komandaların məşqçiləri izləyir. Birincilikdə özünü yaxşı tərəfdən göstərən futbolçu qızlar milli komandaların məşqlərinə cəlb olunacaqlar.
Yanvarın 18-də yekun vurulacaq turnirdə qalib komandalara diplomlar, medallar və kubok təqdim ediləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xachmazda_13_yasli_futbolchu_qizlardan_ibaret_komandalarin_yarisi_baslayib-825519

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR