Manaf Ağayevdən qadağa ilə bağlı CAVAB gəldi:

Müğənni Manaf Ağayev Xəzər TV-nin qara siyahısına düşmə xəbərinə münasibət bildirib.

Metbuat.az xəbər verir ki, bu barədə açıqlama verən ifaçı bildirib ki, qərarla razıdır: “Mən Murad bəyin özünə, həm də sənətinə böyük hörmətim var. O, belə məsləhət bilirsə, belə də olsun. Ona dünya boyda hörmətim var. “Hər şey daxil” verilişində baş verənlərdə isə, mənim heç bir günahım yoxdur”.

Qeyd edək ki, Xəzər TV-yə yeni rəhbər təyin olunmuş Murad Dadaşov kanalın efir siyasətində bir sıra dəyişikliklər etməyə qərar verib. O, “Xəzər”in efirinin daim qonaqları olan Şəbnəm Tovuzlu, Manaf Ağayev, Mətanət Əsədova, Damla kimi müğənnilərin ekrana çıxmasına qadağa qoyub. (lent.az)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR