Bağdadda ABŞ bazasına raket hücumu:

İraqın paytaxtı Bağdad yaxınlığındakı bir hərbi bazaya raket hücumu olub.

Mətbuat.az xəbər verir ki, hücum nəticəsində bir ABŞ əsgəri, amerikalı bir xüsusi təhlükəsizlik işçisi və bir ingilis əsgəri ölüb. Ən azı 12 nəfərin isə yaralandığı hücum zamanı bazaya 18 raketin atıldığı bildirilib.

Bu bazada koalisiya qüvvələri İraq əsgərlərinə təlim keçirdilər. Bazaya edilən hücumu üzərinə götürən qruplaşma olmasa da, İranla bağlantılı qrupların təşkil etdiyi ehtimal edilir.

Mənbə: Guardian



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR