Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır

Bakıdan Ukraynaya sərnişin qatarlarının hərəkəti dayandırılır
15:12 16 Mart 2020
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Ukrayna ərazisinə sərnişin qatarlarının hərəkəti dayandırılır

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata əsasən, Ukraynanın Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, koronavirus (COVİD-19) infeksiyasının Ukrayna Respublikasının ərazisində yayılmasının qarşısının alınması məqsədilə martın 17-si saat 00:01-dən etibarən, bütün beynəlxalq sərnişin qatarlarının hərəkəti müvəqqəti dayandırılıb.

Bununla əlaqədar, Bakıdan 21 mart tarixindən 369/370 nömrəli Bakı-Kiyev-Bakı sərnişin qatarı və tərkibində hərəkət edən Bakı-Dnepr birbaşa vaqonunun hərəkəti xüsusi göstərişədək dayandırılır.

Bakıdan 14 mart tarixində yola düşən Bakı-Kiyev-Bakı sərnişin qatarı isə Xarkov-sərnişin stansiyasına kimi hərəkət edib. Qatar geriyə Xarkov-sərnişin stansiyasından bu gün yerli vaxtla saat 15:30-da yola düşməklə, Rusiya ərazisinə təhvil veriləcək və öz hərəkət cədvəli üzrə Bakıya qaytarılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/834265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR