Xəbər verdiyimiz kimi, yaxınları Xalq artisti Rafael Dadaşovla vidalaşmaq üçün onun evinə toplaşıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, mərhum aktyorun yaxınları media nümayəndələrinin çəkiliş etməsinə maneçilik törədiblər.

Bu isə Xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb.

Müğənni ailə üzvlərinə irad bildirərək, jurnalistlərin çəkiliş etməsinə haqq qazandırıb:

"Elə bil bu evin sahibi, ailənin böyüyü yoxdur. Fındıq ailəsidir. Kim nə istəyir onu danışır. Kimin ağzı var danışır, hövsələm daralır. Hərə öz işini görür".

Milli.Az