AZAL daha 157 Azərbaycan vətəndaşını Türkiyədən ölkəyə gətirib

Azərbaycanın milli aviadaşıyıcısı "Azərbaycan Hava Yolları" QSC (AZAL) ölkə hökumətinin tapşırığı ilə Türkiyə ərazisindən Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 17-də Bakı-Ankara-Bakı istiqaməti üzrə çarter reysini yerinə yetirib.

Metbuat.az xəbər verir ki, AZAL-dan verilən məlumata görə, bu reyslə 157 nəfər Azərbaycan vətəndaşı vətənə qaytarılıb.

Xatırladaq ki, bu artıq Türkiyədən yerinə yetirilən üçüncü çarter reysidir – daha əvvəl 15 və 16 mart tarixlərində İstanbuldan Bakıya 711 nəfər Azərbaycan vətəndaşı gətirilmişdir.

AZAL Azərbaycan vətəndaşlarının vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.

Xatırladaq ki, vətənə qayıtmaq istəyən Azərbaycan vətəndaşları hazırda olduqları yer üzrə səfirliklər və ya konsulluqlara müraciət etməlidirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR