Bakıdan Almaniyaya 100-dən çox xarici vətəndaş yola salındı - FOTO

Bakıdan Almaniyaya 100-dən çox xarici vətəndaş yola salındı -  FOTO
14:27 19 Mart 2020
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıdan Almaniyaya 100-dən çox xarici vətəndaş yola salınıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı Səfirilyinin yaydığı məlumatda deyilir.

Qeyd olunub ki, Hamburq Senatının və Federal Xarici İşlər Nazirliyinin böyük dəstəyi ilə, dünən aralarında 50 üzvü olan Hamburq qızlar xoru da daxil olmaqla 100 nəfərdən çox xarici vətəndaş "Lufthansa" çarter təyyarəsi ilə Bakıdan Hamburqa göndərilib.

"Səfirlik öncədən bu təklifi Elefand siyahısı vasitəsilə Azərbaycanda qeydiyyatdan keçmiş bütün Alman vətəndaşlarına ünvanlamışdı. Hər şeyin rəvan getdiyindən çox məmnunuq və bu məsələdə iştirak edən Azərbaycanın dövlət qurumlarına, Bakı Hava Limanına və Lufthansaya təşəkkür edirik".

Xatırladaq ki, "COVİD-19"a yoluxduğu aşkarlanan Almaniya vətəndaşı cənab Hatton ölkəmizə İrandan daxil olmuşdu. Azərbaycanda müayinə zamanı onun "COVİD-19" testi pozitiv çıxmışdı. Xüsusi rejimli xəstəxanada müalicə olunan xəstə qısa müddətdə sağalaraq xəstəxanadan buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın son məlumatına görə, hazırda Azərbaycanda 23 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı koronavirus infeksiyasını qlobal pandemiya elan edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/835120.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR