Sızanaqlar niyə yaranır?

Sızanaqlar niyə yaranır?
09:12 21 Mart 2020
117 Maraqlı
Ölkə mətbuatı
A- A+

Sızanaqların formalaşmasında cinci hormonlar əsaslı rol oynayır. Gənc xanimlarda androgenlər adlanan kişi cinsi hormonlarının artmış sitezi dəri yağlarının əmələ gəlməsini artırır. Məhz bu səbəbdən də sızanaqlar daha çox yeniyetmələrdə rat gəlinir. Amma qeyd edilməlidir ki, hər bir yaşda sizanaq əmələ gələ bilər. Bəzən 30-40 yaşında qadınlarda ilk dəfə sizanaqlar yaranmağa başlaya bilər. Orta yaşlı qadınlarda hamiləlik zamanı, aybaşı dövrlərində və ya kontraseptiv dərmanların qəbulunu dayandıran zaman baş verən hormonal dəyişikliklər üzündən az da olsa sızanaqlar formalaşa bilir.
Müəyyən edilmişdir ki, bəzi dərman maddələrinin qəbulu sizanaq törədə bilər. Bunlara eplipsiya və ya depresiyyanın müalicəsi üçün istifadə edilən dərman maddələri aid edilə bilər. Kortizınun da istifadəsi sızanaq yarada bilir.

Bunlarla yanaşı, kosmetika istifadəsi də sizanaq formalaşdıra bilən faktorlardan biri kimi sadalanır.   

Dərinin daimi sürtülməsi və ya ona təzyiq edilməsi sızanaqların yaranmasına səbəb ola bilər. Bunlara rükzak daşımağı, mobil telefonların istifadəsi, dəmir papaqların geyinilməsini aid etmək olar.  

Əlamətləri
 
Sızanaqlar daha çox üzdə, boyunda, beldə, sinədə və çiyinlərdə əmələ gəlir. Sızanaqlar tük follikullarının dəri yağları və ölmüş dəri hüceyrələri vasitəsilə tutulmasından meydana çıxır. Hər bir follikul piy vəziləri ilə əlaqəlidir. Piy vəziləri dəri və tüklərin yumşaq saxlanması məqsədilə dəri yağları ifraz edir. Amma yuxarıda sadalanan hallarda dəri yağlarının çox sintez edilməsi və tük dibinin ölmüş hüceyrələrlə tutulması sızanaqların formalaşmasına gətirib çıxarır.

Sızanaqların aşağıdakı formaları qeyd olunur:
  - Komedonlar. Komedonlar tük follikullarının çıxacağının piy sekresiyası, ölmüş dəri hüceyrələri və bəzən isə bakteriyalar ilə tutulması nəticəsində formalaşır və tıxac tünd rəngdə olur. Bir qədər böyüdükcə isə dərindən bir qədər çıxır və bunlar ağbaşlı komedonlar adlanır.
  - Papula. Papula qırmızı rəngdə və bir qədər gərgin şişkinlikdir və tük follikulunda iltihabi prosesin olmasını göstərir.
  - Pustula. Pustula papula kimi gırmızi və gərgin olur, amma zirvəsində irincik qeyd olunur.
  - Düyünlər. Bunlar daha böyük, bərk, ağrılı dərialtı şişkinlikdir və tük follikullarının daha dərin qatlarında sekresiya toplantısı və iltihabi proses nəticəsində formalaşır.
  - Kistalar. Kistalar yuxarıda təsvir edilən sızanaq formalarından daha böyük olub öz yerində kobud çapıq izləri buraxır.       

Həkimə nə zaman müraciət etməli

Adətən sızanaqların əmələ gəlməsi ciddi tibbi problem hesab edilmir. Əgər sızanaqlar davamlı olarsa və ya kistalar əmələ gətirərsə dematoloqa müraciət etmək tövsiyyə olunur.
 
Müalicə

Sızanaqların müalicəsində istifadə edilən dərman və məlhəmlərin əsas hədəfləri ya aşağıdakılardan biri və ya hər dördü bilikdədər:
  - Dəri yağlarının sintezinin azaldılması
  - Dəri hüceyrələrinin bölünməsini sürətləndirmək
  - Bakterial infeksiyanın azaldılması
  - İltihabi prosesin zəiflədilməsi
 Bu tip çeşidli dərmanlar mövcuddur və onları öz yanınızdan istifadə etməniz məqsədəuyğundur. Bu dərmanların istifadəsini həkiminizin tövsiyyəsi ilə həyata keçirməyiniz müsbət effek almaq üçün əhəmiyyətli ola bilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/833970.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR