Türkiyədə koronavirus qurbanlarının sayı 21 nəfərə çatıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə naziri Fəxrəddin Qoca deyib.
Nazir bildirib ki, son testlər nəticəsində infeksiyaya 277 yeni yoluxma halı aşkarlanıb. Hazırda Türkiyədə yeni növ koronavirusa yoluxan 947 nəfər xəstəxanalarda müalicə olunur.
Milli.Az