Gürcüstan DİN: Marneuli və Bolnisidə 24 saatlıq nəzarət həyata keçirilir

Gürcüstan DİN: Marneuli və Bolnisidə 24 saatlıq nəzarət həyata keçirilir
10:27 23 Mart 2020
86 Digər
Ölkə mətbuatı
A- A+

Polis Marneuli və Bolnisidə ictimai asayişin qorunması və fövqəladə vəziyyətin qaydalarına riaəyət olunmasını təmin edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) bəyanatında bildirilib.
Qeyd olunub ki, DİN yüksək epidemioloji riskə görə Gürcüstan hökumətinin qərarına əsasən, Marneuli və Bolnisidə tətbiq olunan ciddi karantin məhdudiyyətlərini 24 saat ərzində nəzarətdə saxlayır.
Bəyanatda bildirilib ki, karantin rejimi çərçivəsində vətəndaşların Marneuli və Bolnisiyə giriş-çıxışı məhdudlaşdırılıb, polis və müdafiə qüvvələri xüsusi nəzarət-buraxılış məntəqələri yaradıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/marneuli-ve-bolniside-24-saatliq-nezaret-heyata-kecirilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR