İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü

İranda mollanın koronavirusdan müalicə etmək istədiyi xəstə öldü
09:17 25 Mart 2020
198 Dünya
Ölkə mətbuatı
A- A+

İranın Bəndər-Ənzəli şəhərində molla xəstəxanada koronavirusdan müalicə alan şəxslərdən birinin palatasına daxil olaraq, ona "möcüzəli müsəlman dərmanı" təklif edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, molla xəstəyə həkimlərin ona kömək edə bilmədiyini bildirib.

Koronavirusa yoluxan gənc razılıq verəndən sonra molla onun maskasını çıxarıb və üzünə ətirli maye çəkib.

Nəticədə gənc üç gündən sonra dünyasını dəyişib.

Hazırda şəhər prokurorluğu mollanı həbs etmək üçün xüsusi order verilməsi barədə hökumətə müraciət edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/836247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR