Azərenerjidən əhaliyə mesaj: ''Evdə qalın" -

Azərenerji ASC #evdəqal videoçarxı yayımladı

“Azərenerji” ASC-dən Metbuat.az-a verilən məlumata görə qurum koronavirus xəstəliyi ilə əlaqədar həyata keçirilən #evdəqal aksiyasına dəstək verib. Belə ki, Səhmdar Cəmiyyətin İctimaiyyətlə əlaqələr və media mərkəzi tərəfindən hazırlanan videoçarx yayımlanıb.

Videoçarxda Azərenerji ASC-nin əməkdaşları adından bu fikirlər səslənir.

“Biz 24 saat gecə-gündüz fasiləsiz olaraq növbətçilik qaydasında işləyərək evinizi enerji ilə təmin edəcəyik. Yetər ki, evdə qalın və həyatları xilas edin! Səbri evdə et Azərbaycan! Biz birlikdə güclüyük”.

Həmin görüntüləri təqdim edirik.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR